HERKOLUBUS VƏ YA QIRMIZI PLANET
Bəşəriyyət üçün kitab
Pulsuz kitab

Bu kitabda iddia etdiklərim, yaxın gələcəkdə gerçəkləşəcək hadisələrin proqnozudur, çünki mən planetimizin məhv olacağından əminəm, mən bunu bilirəm. Mən qorxutmuram, sadəcə xəbərdarlıq edirəm, çünki bu zavallı bəşəriyyətə görə kədərlənirəm. Bu hadisələrin baş verməsinə elə də çox vaxt qalmayıb, bunun üçün də illüzor şeylərə vaxt itirmək olmaz. - V.M. Rabolú

Planetimizin hər yerində dünyanın sonu ilə bağlı bir-birinə bənzəyən rəvayətlərə və proqnozlara rast gəlmək mümkündür.

Bu proqnozların əksəriyyəti bizi Yer kürəsində baş verəcək böyük fəlakətlər, o cümlədən qütblərin yerlərini dəyişməsi, ardınca buz örtüklərinin əriməsi, və güclü zəlzələlər və sunamilər nəticəsində, nəhəng quru ərazilərin yoxa çıxması barədə xəbərdar edir.

Ortaq bir cəhətə sahib olan bir çox proqnozlar var: onlar xüsusi olaraq vaxtaşırı bizə baş çəkən nəhəng bir planetin yaxınlaşmasından bəhs edir. Bu planet daha əvvəlki dövrlərdə günəş sistemimizi ziyarət edərək Lemuriya və Atlantida sivilizasiyalarının yox olmasına səbəb olan kataklizmlərə gətirib çıxarmışdır. İndi isə o, indiki sivilizasiyamıza son qoyacaq və bununla da yeni bir dövrün başlanmasına səbəb olacaqdır.

O bir çox rəvayətlərdə, proqnozlarda və müqəddəs kitablarda müxtəlif adlar altında tanınır: Baal, Soyuq Planet, Qırmızı Planet, Vormvud, Axenxo, Herkolubus, Barnard I və bir çox başqaları. Bu planet artıq teleskoplardan görünməli və ölçüsü Yupiterdən altı dəfə böyük olmalıdır.

Həyat dövranında hər şey öz başlanğıcına və ya sonuna qayıdır. Odur ki, keçmiş görüşümüzdə Herkolubus Atlantida sivilizasiyasına son qoymuşdur. Bu faktlar müxtəlif dinlərin və mədəniyyətlərin bütün “Ümumi Daşqınlar”ında lazımi şəkildə təsvir edilmişdir.

Bir çox insan bu kosmik fenomen haqqında danışıb. Onlardan biri V.M.Rabolu olub. O, oyanmış şüur bacarıqlarından istifadə edərək bu planetin yaxınlaşmasını araşdırıb. Bunun sayəsində o bu səma cisimini tədqiq edə bilmişdir. Alcyone Assosiasiyası tərəfindən bütün dünyaya pulsuz göndərilən “Herkolubus və ya Qırmızı Planet” adlı əsərində o, yazır:

‘Herkolubus Yerə yaxınlaşıb Günəşlə eyni xətdə yer alanda, bütün planetdə ölümcül epidemiyalar yayılmağa başlayacaq. Nə həkimlər, nə də rəsmi elm bunların hansı xəstəlik olduğunu və necə müalicə olunacağını bilməyəcək. Onlar epidemiya qarşısında aciz qalacaqlar.’

‘Faciə və zülmət anı gələcək: yeraltı təkanlar, zəlzələlər və sunamilər. İnsanlar ruhi cəhətdən qeyri-sabit olacaqlar, çünki nə yemək yeyə, nə də yata biləcəklər. Təhlükə qarşısında özlərini kütləvi şəkildə uçuruma atacaqlar, tamamilə ağıllarını itirəcəklər.’

V.M. Rabolú

Ezoterika üzrə görkəmli Kolumbiyalı tədqiqatçı V.M. Rabolú bəşəriyyəti bu təhlükə barədə xəbərdar etmək üçün səsini ucaltdı. O, qeyd edir ki, əslində bu, sivilizasiyamıza və mədəniyyətimizə son qoya bilər. Öz kitabında o psixoloji qüsurların aradan qaldırılması üsulunu və astral proyeksiya texnikalarını öyrədir, hansılar ki qarşıdan gələn kataklizmdən qurtulmağın yeganə düsturlarıdır.

V.M. Rabolú əsərini bu sözlərlə yekunlaşdırır:

‘Hörmətli oxucu: Mən çox aydın danışıram ki, siz ciddi işə başlamağın zəruriliyini başa düşəsiniz. Kim işləyəcəksə, təhlükədən xilas olacaq. Bu, sizin nəzəriyyələr uydurmağınız və ya müzakirələr aparmağınız üçün deyil, bu kitabda tədqim etdiyim həqiqi bilikləri həyata keçirməyiniz üçündür. Bundan başqa heç bir yol yoxdur.’

ALCYONE ASSOSİASİYASI

Alcyone Assosiasiyası – “Herkolubus və ya Qırmızı Planet” əsərinin yayılması və distribusiyası ilə məşğul olan agent-tərəfdaş kimi təyin edilmiş qeyri-kommersiya təşkilatıdır.

Müəllif: Joaquín Amórtegui Valbuena (V.M. Rabolú)
Nəşriyyat: Ángel Prats

Alcyone Assosiasiyası Daxili İşlər Nazirliyinin Milli Assosiasiyalar Reyestrində qrup 1, bölmə 1, 588698 milli nömrəsi altında qeydiyyatdan keçmişdir və baş ofisi Burqos şəhərində, PO Box 4, 09080 Burgos (İspaniya) ünvanında yerləşir.

MÜƏLLİF HAQQINDA

V.M. Rabolu (1926 – 2000)
V.M. Rabolú (1926 – 2000)

V.M. Rabolú (1926 – 2000) Tolimada (Kolumbiya) anadan olub. 1952-ci ildə o, əsl Biliyi kəşf edir və uzun illər ərzində davam etdirdiyi ezoterik praktika sayəsində qeyri-adi qabiliyyətlər inkişaf etdirir, hansılar ki onu nəticədə dünya miqyasında tanınmış ruhani bələdçiyə çevirir.

Gələcəkdə bizi nələrin gözlədiyini bilərək, o, həyatını bəşəriyyətə mənəvi regenerasiya düsturlarını öyrətməyə həsr edir. Beləliklə, 70-ci illərdən başlayaraq və həmişə yalnız altruistik və təmənnasız şəkildə, o, beynəlxalq səviyyədə mühazirələr, kurslar və konqreslər vasitəsilə həqiqi Biliyi ictimaiyyətə öyrətmək üçün yorulmadan işə başlayır.

1998-ci ildə o, “Herkolubus və ya Qırmızı Planet” əsərini yazır. Öz şəxsi və şüurlu təcrübəsinə əsaslanaraq V.M. Rabolú planetimizdə yaxın gələcəkdə baş verəcək dəhşətli hadisələri təsvir edir və insanın dərin transformasiyaya nail olmaq üçün keçə biləcəyi yolu izah edir. Bugünkü gündə onun əsərində yer alan ifadələr 80-dən çox ölkədə onun təlimlərindən bəhrələnmiş çoxlu sayda oxucu tərəfindən qəbul edilir.

“Mən vahimə yaymağa çalışan insan deyiləm. Mən qarşıdan gələnlər və nələrin baş verəcəyi barədə xəbərdar edən insanam”.

V.M. Rabolú

V.M. Rabolú oyanmış şüura malik olan nadir insanlardan biri idi. Materializm və dəyərlərin yoxluğu yolunu azmağa davam edən cəmiyyətin bariz əlamətlərinə çevrildiyi bu dövrdə onun təlimləri son dərəcə böyük əhəmiyyətə malikdirlər.

MANTRALAR

Bu bölmədə siz V. M. Rabolúnun astral proyeksiya üçün mantraları necə tələffüz etdiyini dinləyə bilərsiniz ki, onların düzgün tələffüz qaydasını biləsiniz.

FA RA ON

LA RA S

ALCYONE ASSOSİASİYASI İLƏ ƏMƏKDAŞLIQ EDİN

Alcyone Assosiasiyası qanuni yolla təsis edilmiş bir təşkilatdır. Qeyri-kommersiya təşkilatı olduğu üçün onun bütün fəaliyyətləri heç bir maliyyə qazancı olmadan altruistik şəkildə həyata keçirilir.

Alcyone Assosiasiyası “Herkolubus və ya Qırmızı Planet” kitabının naşiri cənab Angel Prats-ın agent-tərəfdaşı kimi çıxış edir, buna görə də onun yeganə məqsədi bu kitabı beynəlxalq səviyyədə yaymaq və distribusiya etməkdir. Bu səbəbdən də, Alcyone Assosiasiyasının əsas fəaliyyəti kitabın pulsuz nüsxələrini dünyanın istənilən yerinə göndərmək, və bu yolla bu əsəri və onun universal mesajını heç bir ayrı-seçkilik etmədən bütün maraqlı şəxslər arasında yaymaqdır.

İndiyədək paylama kampaniyası minlərlə oxucuya “Herkolubus və ya Qırmızı Planet” kitabının pulsuz nüsxəsini poçtla almağa imkan verib. Hal-hazırda və gündən-günə müraciətlərin sayı durmadan artmaqdadır. Bu böyük uğuru nəzərə alaraq, biz bu paylama kampaniyasını davam etdirməyi qarşımıza məqsəd qoymuşuq.

Sifarişlərin sayı çox olduğundan, hazırda biz kitabı anbarda mövcudluğundan asılı olaraq çap və ya elektron formatda göndəririk.

Zəhmət olmasa aşağıdakı videonu yükləyərək və dostlarınıza və tanışlarınıza e-poçt vasitəsilə göndərərək bu əsəri yaymaqda bizə kömək edin.

Assosiasiyamızla əlaqə saxlamaq istəyirsinizsə, və ya V. M. Rabolúnun kitabının və mesajının yayılması ilə bağlı kitabın naşiri ilə əməkdaşlıq etməkdə maraqlısınızsa, və ya bizimlə daha sıx ünsiyyət və əməkdaşlıq qurmaq istəyirsinizsə, aşağıdakı ünvanlardan birinə yaza bilərsiniz:

E-poçt vasitəsilə: [email protected]

Adi poçtla:
Alcyone Association
P.O. Box 4, 09080 Burgos (İspaniya)

PULSUZ KİTAB SORĞULA

Bir neçə dilə tərcümə edilib.
Bu ünvana yazaraq onu sorğulayın: [email protected]
və ya aşağıdakı formadan istifadə edin:

Sifariş forması

Ulduz (*) ilə işarələnmiş məlumatlar sorğunuzu idarə etmək üçün lazımdır. Bu məlumatlar yalnız və yalnız kitabın sifarişini yerinə yetirmək üçün toplanılır və istifadə olunur.

Kitabı əldə etmək üçün düzgün e-poçt ünvanını daxil etməlisiniz.

Sifarişinizin emal olunması üçün bu xananı oxuyun və işarələyin.

GÖNDƏR düyməsini basmaqla, siz məlumatların Məxfilik Siyasətində göstərilən şərtlərlə və məqsədlər üçün işlənməsinə razılıq verirsiniz.

Alcyone Association